Modern.az

Qida xəbərləri portalı fəaliyyətə başladı

Qida xəbərləri portalı fəaliyyətə başladı

8 Fevral 2018, 10:51

Azərbaycanın ilk qida xəbərləri portalı - Foodinfo.az fəaliyyətə başlayıb. Oxucular portalda sağlam və zərərli qidalar, dieta qaydaları, marketlər, marketlərdən ideal alış-veriş qaydaları, restoranlar, keyfiyyətə nəzarət və s. barədə özəl xəbərlər, məqalələr oxuyacaqlar. Portalda habelə, qida şirkətləri, marketlər şəbəkəsi və s. üzrə müxtəlif reytinq cədvəlləri hazırlanaraq oxuculara təqdim ediləcək.

Foodinfo.az  qida xəbərləri portalının redaktoru jurnalist Orxan Əlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?