Modern.az

YAP-ın qurultayında təşkilati məsələlərə baxılmadı  

YAP-ın qurultayında təşkilati məsələlərə baxılmadı   

Aktual

8 Fevral 2018, 12:09

“Bu gün Yeni Azərbaycan Partiyasının VI qurultayında 2018-ci ilin aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərində iştirak edəcək namizədin irəli sürülməsi məsələsi müzakirə edildi. Pariyanın sədri İlham Əliyev yekdilliklə prezidentliyə namizəd seçildi. Qurultayda təşkilati məsələlərə baxılmadı”.


Bunu Modern.az saytına açıqlamasında hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.


Aydın Mirzəzadə Yeni Azərbaycan Partiyasının prezident İlham Əliyevdən başqa namizədinin olmadığını bildirib.


“Qurultayda iştirak edən nümayəndələr ancaq partiyanın sədri cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi siyasi tapşırığı ilə gəlmişdilər. 700 minlik üzvlər adından namizədimiz irəli sürüldü. Qurultayda 6 nəfər çıxış etdi. Hər biri cənab prezidentin rəhbərliyi altında Azərbaycanda böyük işlərin görüldüyü, müstəqilliyin möhkəmləndiyi fikrini irəli sürdülər.
Nümayəndələr qurultaydan irəli gələn böyük enerjilə artıq seçkiyə hazırlıq məsələləri ilə məşğul olmaq üçün hər biri özünün təşkilatına geri qayıtdı. Bizim böyük bir inamımız var ki, seçkidə prezidentimiz birinci turda böyük səslə qalib gələcək”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!