Modern.az

Azərbaycanın Qətərə göndərdiyi yeni səfir kimdir? - DOSYE  

Azərbaycanın Qətərə göndərdiyi yeni səfir kimdir? - DOSYE   

8 Fevral 2018, 13:31

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fevralın 7-də Azərbaycanın Qətərdə fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə yeni təyinat gerçəkləşdirib.

Ölkə başçısının sərəncamı ilə Rəşad Fail oğlu İsmayılov Azərbaycanın Qətərdə fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Modern.az saytı yeni səfirin tərcümeyi-halını təqdim edir:


Rəşad İsmayılov iyunun 7-si 1974-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. 1981-1991-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qızıl medalla bitirib. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsinin məzunudur. Daha sonra Həyat Qeyri-Hökumət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin rəisi olub. R.İsmayılova 2015-ci ildə ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib və Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub.
 2018-ci il 7 fevral tarixində isə Prezident İlham Əliyev Rəşad İsmayılovun Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.

Evlidir, iki övladı var.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər