Modern.az

Eldar İbrahimov YAP-ın qurultayından DANIŞDI: “Növbədənkənar seçkilərə hazırıq”  

Eldar İbrahimov YAP-ın qurultayından DANIŞDI: “Növbədənkənar seçkilərə hazırıq”   

Aktual

8 Fevral 2018, 13:38

“Bu gün Yeni Azərbaycan Partiyasının VI qurultayı çox möhtəşəm keçdi. Hətta budəfki qurultay məhtəşəmliyinə görə digərlərindən fərqlənirdi. YAP-ın İcra Katibliyi qurultayı çox yüksək səviyyədə təşkil etmişdi”.

Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov təmsil etdiyi partiyanınn bugünkü qurultayı ilə bağlı təəssüratlarını bölüşərkən deyib.


Komitə sədri bildirib ki, qurultayda çıxış edən şəxslərin hər biri İlham Əliyevin növbədənkənar prezident seçkilərinə yenidən namizəd olmasını təklif edib:

“Bu, bir daha onu göstərir ki, Azərbaycanda dövlət-vətəndaş prezident-xalq həmrəyliyi var.  Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan müstəqil siyasət Azərbaycanın milli maraqlarına, ölkənin hərtərəfli və sürətli inkişafına xidmət edir. Qurultayda cənab prezident İlham Əliyevin namizədliyi səsveməyə çıxarıldı və yekdilliklə qəbul olundu. İnşallah, aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkilərinə də hazırıq.  Bizim partiya elə bir partiyadır ki,  hər zaman seçkiyə hazırdır”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür