Modern.az

Cəbhə xəttində növbəti monitorinq Çaylıda...

Cəbhə xəttində növbəti monitorinq Çaylıda...

19 İyul 2011, 10:20

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyulun 20-də Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kəndinin 3 kilometr şimalındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və şəxsi köməkçi Uilyam Prayor keçirəcəklər.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Antal Herdiç və Marius Puodzinuas keçirəcəklər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə