Modern.az

Həm göz dəyməyəcək, həm də SAĞLAM OLACAQSINIZ

Həm göz dəyməyəcək, həm də SAĞLAM OLACAQSINIZ

Mədəni̇yyət

9 Fevral 2018, 21:42

El arasında tez-tez işlədilən bir ifadə var: “Yaxşı görünürsən, göz dəyəcək, üzərlik yandır...”. Və çox qədim zamanlardan insanlar üzərlik bitkisindən bədnəzərdən qorunmaq üçün bir vasitə kimi istifadə ediblər. İnanclara görə, üzərlik bədnəzərin düşmənidir. Amma bununla yanaşı, üzərlik həm də sağlamlıq üçün olduqca faydalıdır.

Bəs insanı pis gözdən qoruyan bu bitkinin hansı faydaları var?

 

Modern.az saytı sağlamlıqla bağlı növbəti yazısı da bu haqdadır.

Xüsusilə, üzərliyin toxumlarından xalq təbabətində geniş istifadə olunur.

Bu bitkinin əsas faydalarından biri sinir sisteminə müsbət təsir göstərməsidir. O əsəbləri sakitləşdirərək zehni və fiziki gərginliyi aradan götürür, sağlam və dərin yuxunu təmin edir. Bunun üçün bir çay qaşığı qurudulmuş üzərlik otunu 250 qram suda dəmləmək və gün ərzində iki fincan qəbul etmək lazımdır.

 

Mədə və bağırsaqlarda yaranan problemlərdə üzərlikdən istifadə etmək məsləhət görülür. O, bakteriyaları və mikrobları öldürmək gücünə malikdir. Bunun üçün üzərlik toxumlarından hazırlanmış çaya bal əlavə ediləndə daha effektli təsir göstərir.

 

Üzərlik ödqovucu xassəyə malikdir.

 

Ondan hazırlanmış həlim yaddaşı möhkəmləndirir.

 

Bu bitki, həmçinin, bəlğəmin təmizlənməsi üçün faydalıdır. Bu xüsusiyyətinə görə tənəffüs yollarında problemi olanlar və siqaret çəkənlər üçün xeyirlidir.

 

Üzərlik gözlərə müsbət təsir göstərərək görmə qabiliyyətini yaxşılaşdırır.

 

Bu bitkinin faydalarından biri də cinsi fəaliyyəti gücləndirməsidir. Hindistanda və Çində üzərlik yarpaqlarından hazırlanmış cövhərdən potensiya zəifliyinin müalicəsində istifadə olunur.

 

Qıcıqlanma və sürətli ürək döyüntüləri zamanı 1 çay qaşığı üzərliyin qurudulmuş yarpaqlarını 400 qram suda dəmləyib gün ərzində 3 dəfə yarım stəkan içmək problemi aradan qaldırır.

 

Üzərlikdən hazırlanmış dəmləmə və cövhərlərdən oynaq ağrıları zamanı da istifadə olunur.

 

Əgər inanclara inanmasanız da belə arabir üzərliyi başınıza fırlayıb odun üstünə atın. Çünki onun tüstüsündən gələn qoxu da faydalıdır.

 

Bu bitkinin faydalarından yararlanmaq istəsəniz həkiminizlə məsləhətləşməyi unutmayın.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir