Modern.az

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Azərbaycan nefti bir qədər də ucuzlaşdı

Aktual

9 Fevral 2018, 23:12

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 8-də 66,61 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,57 dollar/barel azdır. Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 8-də 65,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,56 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 8-də 61,34 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,71 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 8-də 64,15 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,51 dollar/barel azdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir