Modern.az

Generallar Afrinə getdi - Video

Generallar Afrinə getdi - Video

9 Fevral 2018, 23:26

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar generallarla birlikdə Havadan Koordinasiya-Nəzarət təyyarəsində Afrin əməliyyatını səmadan müşahidə edib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, generallar səmadan əməliyyat zamanı terrorçulardan təmizlənən əraziləri və PYD/YPG mövqelərini izləyib.

 

Qeyd edək ki, generalların olduğu təyyarə dünyada çox az ölkədə var. Havada 200 saata qədər qala bilən bu təyyarə vasitəsilə 500 kilometrlik ərazidə baş verənlərə nəzarət etmək mümkündür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir