Modern.az

Yasamalda iki dostun mübahisəsi qanla bitdi

Yasamalda iki dostun mübahisəsi qanla bitdi

11 Fevral 2018, 09:54

Bakının Yasamal rayonunda bir nəfərin bıçaqlanması ilə nəticələnən cinayət hadisəsi baş verib.

 

Modern.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Şəfayət Mehdiyev küçəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Pərviz Məmmədov dostu ilə mübahisə edib. Mübahisə nəticəsində o, üz və bədən nahiyəsindən bıçaqlanıb. 

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır