Modern.az

Karnavalda partlayış: 8 ölü, 40 yaralı

Karnavalda partlayış: 8 ölü, 40 yaralı

11 Fevral 2018, 21:28

Boliviyada karnavalda partlayış baş verib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Boliviyanın Oruro şəhərində karnaval zamanı qaz balonu partlayıb. Hadisə nəticəsində 8 nəfər ölüb, 40 nəfər xəsarət alıb. Ölənlər arasında 3 üşağın olduğu bildirilir.

 

Partlayışa səbəb kimi küçədə fəaliyyət göstərən açıq kafedə qaz balonundan istifadə qaydalarının pozulması olub.

 

Qeyd edək ki, Boliviya prezidenti Evo Morales ölənlərin yaxınlarına başsağlığı verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?