Modern.az

Milli Məclisin xanım deputatları Kiprdə səfərdədirlər

Milli Məclisin xanım deputatları Kiprdə səfərdədirlər

Parlament

20 İyul 2011, 10:10

Azərbaycan Milli Məclisinin deputatları Leyla Abdullayeva və Sevinc Hüseynova Şimali Kipr Türk Cümhuriyyətinə səfərə yollanıblar. Leyla Abdullayevanın köməkçisi P.Rəhimovun verdiyi məlumata görə, səfərdə əsas məqsəd 20 iyul tarixində Şimali Kiprdə keçirilən Sülh və Azadlıq Bayramında iştirak etməkdir. Deputatların bayram tədbirlərində iştirakı ilə yanaşı, bir sıra tüksək səviyyəli görüşlər keçirəcəyi, humanitar– təhsil, mədəniyyət sahələrində təcrübə mübadiləsi aparacaqları gözlənilir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat