Modern.az

Londonda hava limanı bombaya görə bağlandı

Londonda hava limanı bombaya görə bağlandı

Aktual

12 Fevral 2018, 12:17

İngiltərənin paytaxtı Londonun mərkəzinə ən yaxın hava limanı olan “City” müvəqqəti olaraq bağlanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hava limanının qapanmasına səbəb təyyarələrin eniş platformasında II Dünya müharibəsindən qalma bir bombanın tapılması olub.

 

Verilən məlumata görə, hava limanı partlayıcı maddənin zərərsizləşdirilməsindən sonra açılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! Əliyevlə Ərdoğan İranın hücumunu müzakirə etdi