Arxiv
13 Fervral 2018, 09:13 | REPORTAJ
Məhv edilmiş 8 ailə: “Qardaşımın ailəsinin qətlə yetirildiyini bilə-bilə 26 ildir onları gözləyirəm” - Xocalı DƏHŞƏTİ

Bir neçə gündən sonra ermənilərin Xocalıda törətdiyi soyqırımının 26-cı ili tamam olacaq.

 Emənistanın insanlığa qarşı törətdiyi bu cinayət zamanı 8 ailə yer üzündən silinib.

Modern.az saytı soyqırımının növbəti ildönümü ərəfəsində Xocalıda son nəfərinədək qətlə yetirilmiş 8 ailənin yaxınları ilə əlaqə saxlamağa çalışıb.  

“Qətl edilmiş 8 ailə”dən ilki - Vaqif Məmmədovun ailəsindən bəhs edirik. Dəhşətli qətliam gecəsi Vaqif Məmmədov, həyat yoldaşı Afilə Məmmədova, oğlanları Azər, Ceyhun Niyaməddin Məmmədovlar hamılıqla məhv ediliblər.

Üstündən 26 il keçməsinə baxmayaraq, Vaqif Məmmədovun bacısı Ofeliya Məmmədova qardaşının ailəsi ilə bağlı düşüncələrini ürək ağrısı ilə bölüşüb.

 

Dəmir parçasından düzəldilən “silahlar”...

 

“1992-ci ilin Xocalı faciəsi zamanı yer üzündən silinən 8 ailədən biri də qardaşımın ailəsidir. O dəhşətli gecədə qardaşım Vaqif  Məmmədov və ailəsi hamılıqlı vəhşiliyin qurbanı oldu. Qardaşımın yoldaşı Afilə xanım Xocalıda müəllimə işləyirdi. Böyük oğlunun 20, ortancıl oğlunun 18, kiçik oğlunun isə 14 yaşı vardı. 
1992-ci ilin 25 fevralından 26-na keçən gecə hamı canını qurtarmaq üçün meşəyə qaçırdı. Başqa çıxış yolumuz da yox idi.

Qardaşım meşədə olan dəmirləri yığıb onlardan özünümüdafiə üçün nəsə düzəldirdi və Xocalı camaatına verirdi. Çünki o vaxt əliyalın əhalidə silah yox idi”.

 

 “Qanımız belə donmuşdu...

 

Ofeliya xanım deyir ki, bu gün də Xocalının adı gələndə qəlbi sızıldayır:


“O gecəni heç unutmadıq, unuda bilməyəcəyik! Yadımdadır, həmin o qanlı gecədə erməni tankları üstümüzə elə gəlirdi ki, hamımız canımızı götürüb meşəyə qaçmalı olduq. O qarlı, şaxtalı gecədə bir qız köynəklə ayaqyalın qaçmışdı. Onun ayaqlarından qan süzülürdü. İnanın, artıq elə bir vəziyyət yaranmışdı ki, insanların bədənindəki qanı donmuşdu. Xocalı sakinlərinin hamısı şəhərdən çıxa bilməmişdi. Amma bir çoxumuz meşəyə qaçmalı olmuşduq. Ermənilər tarixən qaniçən millət olub. O dəhşətli gecədə meşələrə üz tutmasaydıq, sağ adam tapmaq olmayacaqdı”. 



“Xoş xəbər ala bilmədim...”

 

Ofeliya xanım deyir ki, faciə gecəsi 2 qardaşını itirib:

“Həmin gecə qardaşlarımın hər ikisi ailəsi ilə birlikdə meşədə idi. Mən də meşəyə qaçmışdım. O qanlı hadisədə qardaşım Vaqifi və ailəsini Marıs adında bir qadın  görmüşdü. O mənə dedi ki, Vaqif qayalığa çıxanda ürəyi dayandı. Heç demə həmin vaxt 2 oğlu yanında idi. Balaca oğlu Niyaməddin isə dayısıgillə gəlirdi. Xocalıdan çıxanda dayısı da, həyat yoldaşı da rəhmətə getdi. Niyaməddinin əlindən tutub dedim ki, gəl bizimlə gedək. Elə bu vaxt aləm bir-birinə dəydi. Hərə bir tərəfə qaçdı. Həmin gün qardaşım oğlunu orada itirdim. Hər yeri axtardım, amma tapa bilmədim. Qardaşımgil ailəliklə məhv oldular”.

 
““Oqtay sənin qardaşın deyil” deyəndə...

 
Üç il bundan qabaq “Qırmızı Xaç Komitəsi”ndən bir nəfər gəlib ağız suyumdan analiz götürdü.  Xocalı faciəsində qardaşım Vaqif ailəsi ilə birgə məhv olsa da, digər qardaşım Oqtay ikin düşüb. Bir həftədən sonra zəng edib dedilər ki, “Oqtay sizin qardaşınız ola bilməz”. Elə əsəbləşdim ki... Yaramız heç sağalmayıb. Bunlar doğma qardaşımı məndən uzaqlaşdırmaq istəyirlər.

“Siz nə danışırsız?! Həm Vaqif, həm də Oqtay mənim qardaşımdır. Bunu bütün Xocalı bilir. Sən gəlib analiz götürüb mənə deyirsən ki, həyat yoldaşı ilə danışmalıyam, sən bacısı deyilsən”-dedim. Oqtay qardaşımla meşədə  olanda əlindən tutdum ki, “gəl qaçaq”. O əliyalın ermənilərə müqavimət göstərməyə çalışdı. Mənimlə gəlmədi”. 



“O günü unutmaq olarmı?!”


Soqyqırımının şahidi danışdıqca dərindən ah çəkərək, indiki fevralın o vaxtkına bənzəmədiyini deyir:

“İndi də fevral ayını yaşayırıq. Bu fevral o fevrala bənzəmir. İndi hər yer işıqlıdır. O vaxtın fevralı qarlı-şaxtalı idi. Soyuq adamın sümüyünə qədər işləyirdi. Ağacların budaqları belə donmuşdu. Buzlu torpaqda addımlamaq olmurdu. Camaat ayaqyalın, başıaçıq meşəyə qaçmışdı. Biz çox zülmlər çəkmişik, çox acılar yaşamışıq.

Bir dəfə “Lider” TV-də çalışan aparıcı Etibar Hüseynov verilişlərin birində “Xocalı faciəsi günü ağlamaq doğru deyil. Ermənilər bizə baxır. Deyək-gülək” dedi. Necə yəni deyək-gülək?! Biz bu faciənin iştirakçılarıyıq, şahidləriyik. O faciəni unutmaq olarmı?!”.

Qardaşını axtaran bacı

 

Ofeliya Məmmədova Xocalıya şəhər statusu verilməsini qəbul etmir:

“Xocalı ta qədimdən kənd olub. Sonradan camaatı yığıb Xocalıya şəhər statusu verdilər. Heç Xocalını şəhər kimi qəbul etmədim. Faciədən sonra Vaqifi və ailəsini çox axtardım. O vaxt  dedilər ki, Qazaxda Alik adlı bir nəfər sənə kömək edə bilər. Dərhal ora getdim ki, bəlkə qardaşımı, ailəsini tapa bilərəm. Amma bir xoş xəbərlə qayıda bilmədim. Ən acınacaqlı durum odur ki, heç birinin məzarı yoxdur. Hamısı meşədə qurda-quşa yem oldu.

Bir bacı üçün bundan böyük dərd nə ola bilər. Qardaşım bütün ailə üzvləri ilə bir gecədə yox oldu. Heç olmasa ondan bir yadigar övladı qalsaydı, özümü onunla ovundura bilərdim. O gündən indiyə qədər sanki bir boşluqdayam. Qardaşımın ailəsinin bütün üzvləırinin qətlə yetirildiyini bilsəm də, ümidimi kəsə bilmirəm. Hələ də gözlərim yollarda, qulağım səsdədi. Bilə-bilə ki, ermənilər onları qətlə yetirib, ancaq ümidimi itirə bilmirəm. Bəzən məni başa düşmədikləri üçün ətrafımdakı insanları qınayıram, bəzən düz hərəkət etmədiyim üçün özümü qınayıram. Bimirəm, inanın, heç nə bilmirəm, heç nə anlamıram, anlamaq istəmirəm. İnanın, qardaşlarımı, ailə üzvlərini nə vaxtsa görmək ümididir məni yaşadan. Buna yaşamaq demək mümkünsə, yoxsa çoxdan ölmüşdüm... 

Qeyd: 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.

XX əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Gəncədə iftar süfrəsi açıldı 26 May 2019, 01:01 Bakıda dəhşətli qətl: övlad atasının başını kəsdi 26 May 2019, 00:31 Leyla Əliyevadan yeni şeir:  “Mən elə sizəm” 26 May 2019, 00:14 Abşeronda evdə qaz balonu partladı: yaralı var 25 May 2019, 23:54 Yük gəmisində yanğın 25 May 2019, 23:41 Bu ölkədə 700 il ərzində ilk məscid tikildi 25 May 2019, 23:23 Qəzzada vəziyyət  kritik həddə çatdı 25 May 2019, 23:06 Daha bir təyyarə qəzası: Pilot və sərnişin öldü 25 May 2019, 22:47 Şəkidə güclü külək ağacı evin üzərinə aşırıb - FOTO 25 May 2019, 22:29 Türkiyədən terrorçulara zərbə 25 May 2019, 22:09 Məhkəmədən Trampa qadağa 25 May 2019, 21:51 İmişlidə qardaş qardaşını bıçaqladı 25 May 2019, 21:33 Sünni millət vəkillərindən prezidentə təhdid 25 May 2019, 21:13 Komitə sədri Balakəndə şikayətləri dinlədi 25 May 2019, 20:59 Güclü gülək Qubada fəsadlar törətdi 25 May 2019, 20:46 “Arsenal” Bakıda belə qarşılandı - FOTOLAR 25 May 2019, 20:29 “Sarı jiletlilər” yenidən ayağa qalxdı 25 May 2019, 20:19 Şimal bölgəsində hava kəskin pisləşir: “Azərişıq” hərəkətə keçdi 25 May 2019, 20:01 İran ABŞ-ı hədələdi: "Gəmilərinizi batırarıq" 25 May 2019, 17:58 Ağdamda düşmən ordusunun 5 hərbçisi  öldü - Təlim DAYANDIRILDI 25 May 2019, 17:48 “Arsenal” Bakıya yola çıxıb 25 May 2019, 17:35 Suriyada Rusiya aviabazasına raket hücumu? 25 May 2019, 17:27 İranda zəlzələ oldu 25 May 2019, 17:08 İnsanlığın faciəsi 25 May 2019, 16:56 XİN: Ermənistan idmandan siyasi alət kimi istifadə edir” 25 May 2019, 16:47 Azarkeşlərin sevdiyi, klub rəhbərliyinin nifrət etdiyi “Beşiktaş”lı Paskal Numa 25 May 2019, 16:33 "Xalq yazıçı"sı prezidentə: “Balaca yaradıcılığıma böyük qiymət verdiyi üçün...” 25 May 2019, 16:14 Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib 25 May 2019, 16:00 Öldürdüyü şəxsin meyitini zirzəmiyə atan keçmiş məhkum saxlanılıb 25 May 2019, 15:52 Ermənistan Boks Federasiyası Azərbaycanı müdafiə etdi 25 May 2019, 15:51 Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində bayram ab-havası 25 May 2019, 15:41 Azərbaycanda həkim-xəstə münasibətlərində yaranan problemlər... 25 May 2019, 15:33 Musa Yaqubun oğlu: “Atam “Xalq şairi” adını aldığını eşidib, kövrəldi” 25 May 2019, 15:03 “Fənərbağça” “Barselona”nın oyunçusu icarəyə götürmək istəyir 25 May 2019, 14:58 Bakıda iki şirkətdən 220 min manatlıq məişət texnikası oğurlanıb 25 May 2019, 14:47