Modern.az

Saakaşvili deportasiyasından DANIŞDI: “Dedilər səni güllələyəcəyik”

Saakaşvili deportasiyasından DANIŞDI: “Dedilər səni güllələyəcəyik”

Dünya

13 Fevral 2018, 17:13

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Varşavada keçirdiyi mətbuat konfrasında ölümlə təhdid olunduğunu bildirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynadan Polşaya deportasiya olunan zaman silahlı şəxslər onu güllələyəcəklərini deyiblər.

 

“Kiyev aeroportuna çatanda maskalılardan biri “səni güllələyəcəyik”deyə məni hədələdi. Həmçinin, Kiyevdə “Meydan hadisələri” zamanı kütləni necə dağıtdıqlarını da mənə danışırdılar. Məni Ukraynadan Varşavaya çatdıran təyyarənin kimə məxsus olduğu məlum deyil,  amma göyərtədə bütün uçuş ərzində səssizliyini pozmayan şəxs var idi. Təyyarə onun tərəfindən icarəyə götürülmüşdü”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?