Modern.az

Merilin Monronun yeni tapılmış erotik filmi 500 min dollara auksiona çıxarılıb

Merilin Monronun yeni tapılmış erotik filmi 500 min dollara auksiona çıxarılıb

21 İyul 2011, 13:57

Dünya şöhrətli Hollivud aktrisası Merilin Monronun sekslə məşğul olduğu zaman çəkildiyi kinoplyonka Argentinada auksiona çıxarılıb. Modern.az rus KİV-lərinə istinadən bildirir ki, bu barədə auksionun təşkilatçısı Mikel Barsa məlumat verib.  

8 mm-lik kinoplyonkaya çəkilən erotik video yeddi dəqiqə davam edir. Barsa bildirib ki. bu videonu o bir ispan kolleksiyaçısının varislərindən alıb. Son 30 il ərzində bu minifilm itirilmiş sayılırdı. 1997-ci ildə tapılmış bu filmin nüsxəsi o zaman böyük rezonans doğurmuşdu. Bir çoxları orada çəkilən aktrisanın həqiqətən Merilin Monro olduğuna şübhə edirdi.

Dünən keçirdiyi mətbuat konfransında Barsa filmdən kiçik parçanı nümayiş etdirib və çəkilişdə həqiqətən Merilin Monronun olması barədə Amerika Kino İnstitututnun rəsmi məktubunu açıqlayıb. Filmin 1946-47-ci illərdə çəkildiyi güman olunur. Auksion avqustun 7-də keçiriləcək.  Start qiymət 500 min dollar qoyulub.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir