Modern.az

“Gəncəbank”ın kreditorlarına XƏBƏRDARLIQ

“Gəncəbank”ın kreditorlarına XƏBƏRDARLIQ

19 Fevral 2018, 12:13

Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğv prosesində olan "Gəncəbank" ASC-nin növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi fevarlın 12-dən başlayır.

 

Fondun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, tələblərin ödənişi nağdsız qaydada həyata keçirilir.

 

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasınavə Əmanətlərin Sığortalanması Fondunun Bakı şəhəri, Babər prospekti, 16 ünvanında yerləşən binasına müvafiq sənədlərlə müraçiət etsinlər və bank rekvizitlərini qeyd etsinlər. 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir