Modern.az

Azərbaycan müdafiə nazirinin sabiq müavinindən Libermana sui-qəsdlə bağlı şok AÇIQLAMA

Azərbaycan müdafiə nazirinin sabiq müavinindən Libermana sui-qəsdlə bağlı şok AÇIQLAMA

Aktual

19 Fevral 2018, 12:21

İsrailin Müdafiə naziri Aviqdor Libermana qarşı sui-qəsd edilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə yayılan məlumatları şərh edərkən Azərbaycan müdafiə nazirinin sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədov bildirib ki, burada erməni izinin olması istisna deyil.

 

“İsrail-Azərbaycan münasibətlərinin, xüsusilə də hərbi sahədə əməkdaşlığının inkişafı erməni tərəfinin daim ciddi narahatlığı ilə qarşılanıb. Elə bu yaxınlarda Ermənistan parlamentinin nümayəndə heyətinin İsrailə səfəri zamanı məhz A.Libermanın Azərbaycanı açıq-aydın dəstəkləməsi barədə verdiyi bəyanatlar da erməni deputatlarını son dərəcə məyus edib. Onu da xüsusi qeyd etmək lazımdır ki, erməni nümayəndə heyətinin İsrailə nəticəsiz, iflasa uğramış səfərindən dərhal sonra sui-qəsdin baş verməsi onun hələ səfəröncəsi planlaşdırıldığını ehtimal etməyə əsas verir”.

 

Ç.Məmmədov qeyd edib ki, Ermənistanın kriminal rejimi beynəlxalq terror təşkilatları, o cümlədən anti-israil qüvvələri ilə sıx və qarşılıqlı əlaqədə sui-qəsdlər, terror aktlarından məqsədlərinə nail olmaq üçün daim istifadə edirlər.

 

“Məlum olduğu kimi, bu üsuldan istifadə hətta bir çox erməni təşkilatlarının nizamnamələrində də öz əksini tapıb. Dünyanın müxtəlif ölkələrində, məsələn Parisdə, Moskvada, İstanbulda və bir çox digər yerlərdə törədilən terror aktlarında və sui-qəsdlərdə ermənilərin birbaşa iştirakı öz təsdiqlənib.

 

Heç şübhəsiz ki, bu terror aktında da ermənilərin bilavasitə əli olması istisna deyil. Bu fikri təsdiq edən faktlardan biri də Ermənistanın israrlı cəhdlərinə baxmayaraq, İsrail parlamentinin qondarma “erməni soyqırımını” qəbul etməməsidir”.

 

Qeyd edək ki, "Jerusalem Online" portalı müdafiə naziri A. Libermana qarşı planlaşdırılan terror aktının qarşısının alındığı barədə məlumat yayıb. Məlumatda bildirilir ki, terrorçular müdafiə nazirinin maşın karvanının yolunda bomba partlatmağı planlaşdırıblar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı