Modern.az

Türkiyədə həbs olunan jurnalistlərə “azad məhkəmə” tələb olunur

Türkiyədə həbs olunan jurnalistlərə “azad məhkəmə” tələb olunur

22 İyul 2011, 16:16

Türkiyə Jurnalistlər Federasiyası başçılarının 34-cü şura toplantısı Bayburtda baş tutub. Tədbir Bayburt Jurnalistlər Cəmiyyətinin ev sahibliyi ilə gerçəkləşib.

Federasiyasının üzvi 35 təşkilatının sədr və ya nümayəndələrinin iştirak etdiyi tədbirdə ictimaiyyəti məlumatlandırmaq üçün bir sıra qərarlar qəbul edilib.

1. Mətbuat üçün verilən elan və reklamların qazancın 80%-i İstanbul və Ankara cəmiyyətləri tərəfindən bölüşdürlür. Bu puldan Anadoluda olan, kirasını və telefon pulunu ödəyə bilməyən bir çox jurnalist təşkilatların da pay alması vacibdir. Bu paydan yalnız BİK şöbələrinin olduğu əyalətlərdəki peşə təşkilatları deyil, eləcə də Anadoludakı jurnalist peşə təşkilatlarının hamısı yararlanmalıdır. Sözügedən büdcənin ən azı 50%-ni Anadoludakı peşə təşkilatlarına ədalətli şəkildə bölüşdürülməsi üçün lazımı addımlar Türkiyə Jurnalistlər Fedarasiyası (TJF) tərəfindən atılacaq. BİK Baş Assambleyası ilə hökümət dairələrində daha effektli fəaliyyət aparılacaq.

2. 24 iyul senzuranın ləğvinin ildönümüdür. Ancaq bu gün ümumi olaraq medianın, eləcə də həmkarlarımızın da qarşılaşdığı ağır şərtlər və mətbuat azadlığının qarşısındakı maneələrin aradan qaldırıldığı üçün  “Mətbuat bayramı” kimi qeyd olunmalıdır.

3. Əvvəlki illərdə də olduğu kimi bu il də 24 iyul tarixi, peşəmiz və həmkarlarımız üçün media həmrəyliyi günüdür və azadlığın meyarları müasir mənada təşkil olunmadığı müddət ərzində belə qalacaq. Buna görə, TJF olaraq həmkarlarımızın 24 iyul Mətbuat Həmrəylik Gününü qeyd edir, xalqımızın xəbər alma azadlığı mənasını ifadə edən, gerçək mətbuat azadlığına qovuşana qədər mübarizəmizə davam edəcəyimizi bildiririk.

Bununla əlaqədar olaraq qeyd etmək istəyirik ki, ölkəmizdə jurnalistika fəaliyyətlərinə görə həbs olunan, azadlığı haqqsız olaraq əllərindən alınan  həmkarlarımız azadlığını geri verilməsini tələb edirik. TJF jurnalistlərin və düşüncə azadlığına görə həbs olunan həmkarlarımızı “azad məhkəməsi”ni tələb edir.

4. Diyarbəkirdə ötən həftə baş verən və 13 əsgərimizin şəhid olmasına səbəb olan xain hücümü nifrətlə qınayırıq, bu hücüm min ildir bu ərazilərdə bərabər olan, eyni havanı tənəffüs edən, fərqli mədəniyyətlərin zənginliyini dərk edərək yaşayan böyük və güclü ölkəmizin qardaşlığına edilmiş hücüm olduğunu diqqətə çatdırırq. Bütün şəhidlərimizi də rəhmət və sevgi ilə xatırlayırıq.

5. Gənclər və İdman Baş İdarəsi jurnalistləri idman stadionlarına buraxmadan və  mətbuat konfranslarının təşkilini təmin edən "Müsabiqə yerlərinə giriş idarəciliyi”nin Türkiyə Futbol Fedarasiyası və TSYD-yə verilən səlahiyyətin məhkəmə qərarı ilə ləğv edildiyi üçün nümayəndələri hüququn tələblərini yerinə yetirmələrinin lazım olduğunu bir daha xatırladırıq.
Gənclər və İdman Baş İdarəsinin yalnız özünün yerinə yetirməkdə öhdəliyi olduğu dövlət vəzifəsinin, məhkəmə qərarına baxmayaraq yenə adı çəkilən təşkilatlar tərəfindən media orqanlarına fakslar, formalar göndərərək əldə etmək istəməsi, ölkəmizdə təmiz idman gözləntilərinin artdığı müddətdə çox mənalıdır və dərhal dayandırılmalıdır.

Məlumatı Modern.az saytına TJF-nin baş katibi Merih Ak verib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı