Modern.az

Binəqədidə xüsusi komissiya yaradılıb  

Binəqədidə xüsusi komissiya yaradılıb  

20 Fevral 2018, 14:36

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 2018-ci ilin fevral ayının 12-dən may ayının 1-dək əhalinin tibbi müayinədən keçirilməsinə başlanıb.

Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin tibbi personalı cəlb edilib. Əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiya aktiv formada həyata keçirilir.
Binəqədi rayonunda yerləşən bütün səhiyyə ocaqlarında əhalinin tibbi-proflaktik müayinədən keçirilməsi üçün hərtərəfli şərait yaradılıb. 
Binəqədi Rayon İcra Hakimiyyəti sakinləri sağlamlığı qorumaq naminə bu aksiyadan yararlanmağa dəvət edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?