Modern.az

İslama savaş açan terrorçu dünyanın ən sakit ölkəsini qana bulayıb

İslama savaş açan terrorçu dünyanın ən sakit ölkəsini qana bulayıb

24 İyul 2011, 18:12

Norveçdəki bombalı və silahlı hücumlarıyla 100-ə yaxın adamı qətlə yetirən 32 yaşlı Anders Berinq Breyvikin bu addımını 2009 payızından bu yana planlaşdırdığı bildirilir.

Onun polisin əlində olan 1500 səhifəlik şəxsi gündəliyində başlıca hədəfin Sosial Demokrat Partiyasının illik yığıncağı olduğu qeyd edilib. Gündəlikdə Breyvik Avropada hədəf alınacaq ölkələrin də siyahısını göstərib. O, bu ölkələrdə yaşayan müsəlmanların sayına sıralamada Fransanı ilk yerdə qeyd edib. Qeydlərində Breyvik norveçliləri və Avropanı müsəlman immiqrantlara və çox mədəniliyə qarşı döyüşə çağırırmış.

Anders Breyvik hücum günü nə edəcəyini, necə geyinəcəyini əvvəldən planlayıbmış.

Onun vəkili Qeyr Lippestad bildirib ki, Anders Breyvik törətdiyi hərəkətləri "amansız, qəddar, lakin lazımlı" sayır.
Vəkilə görə, Breyvik törətdiyi hərəkətlərin səbəbini bazar ertəsi gününə təyin olunmuş məhkəmə dinləmələrində izah etmək niyyətindədir.

BBC-nin məlumatına görə, Breyvik öz internet qeydlərində Roma Papası və Vladimir Putinlə görüşməyi arzuladığını yazıb.

“Putin ədalətli və qətiyyətli rəhbərə bənzəyir, hörmətə layiqdir...” - deyə Anders Berinq Breyvik qeyd edib.

Norveç polisi rəsi Sveynunq Sponheymə görə internetdə dərc etdiyi baxışları Anders Berinq Breyvikin sağçı, antimüsəlman baxışlara malik olduğunu deməyə əsas verir. Ona məxsus olması güman edilən digər yazılara əsasən Anders Berinq Breyvik hesab edir ki, müsəlmanlar Qərbi Avropanı zəbt etməi qarşılarına məqsəd qoyublar. 32 yaşlı norveçlinin qənaətincə, buna "mədəni markizm" kimi səciyyələndirdiyi "multikulturalizm" ideologiyası münbir şərait yaradıb.

Facebook-dakı şəxsi səhifəsində Anders Berinq Breyvik özünü xristian və mühafizəkar kimi səciyyələndirib, bodibildinq həvəskarı olduğunu və masonluqla maraqlandığını bildirib.

Onun iyulun 22-də Oslo yaxınlığındakı gənclər düşərgəsinə etdiyi hücum nəticəsində azı 85 nəfər ölüb. Hücumdan bir neçə saat əvvəl paytaxt Osloda Norveç Baş naziri idarəsinin yerləşdiyi bina yaxınlığında partlayış törədilmişdi. Bu partlayış nəticəsində 7 nəfər ölüb, onlarla adam yaralanıb.

32 yaşlı Anders Breyvik istintaq zamanı bildirib ki, təkbaşına hərəkət edib, lakin hücumun həyata keçirilməsində daha bir nəfərin iştrak etdiyi istisna olunmur.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir