Modern.az

Qafqaz Jurnalistika Məktəbində oxumaq istəyən azərbaycanlıl gənclərdən sənəd qəbulu başlayır

Qafqaz Jurnalistika Məktəbində oxumaq istəyən azərbaycanlıl gənclərdən sənəd qəbulu başlayır

Qarabağ

25 İyul 2011, 14:46

ABŞ səfirliyi Gürcüstanın İctimai İşlər İnstitutunun (GİPA) Azərbaycan vətəndaşları olan namizədlər arasında Qafqaz Jurnalistika və Media İdarəçiliyi Məktəbinin jurnalistika və media idarəçiliyi üzrə magistr proqramına tələbə qəbulu aparması haqda məlumat verib. Proqram üzrə dərslər ABŞ, Avropa Birliyi, Gürcüstan və Azərbaycandan olan müəllimlər tərəfindən aparılır. Bu proqram ABŞ-ın dövlət departamenti tərəfindən Açıq Cəmiyyət İnstitutunun əlavə yardımı ilə maliyyələşdirilir. Ümumilikdə proqramın məqsədi Qafqazda formalaşmaqda olan demokratik cəmiyyətdə medianın gücləndirilməsidir.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, Azərbaycandan seçiləcək beş nəfər tələbə 2011-13 tədris ilində Bakıda, Xəzər Universitetində və Tiflisi şəhərində, GİPA-da təhsil alacaq. Həm çap, həm də tele-radio yayımı mediası nümayəndələri üçün nəzərdə tutulan tədris planı praktiki yanaşma və tomlanmış təcrübə prinsipləri üzərində qurulub və faktlarla əsaslanan peşəkar xəbər çatdirilmasını nəzərdə tutur. Burada həmçinin idarəçilik üsullarına və iqtisadiyyat və hüquq fənlərinin tədrisinə də diqqət ayrılacaq. Adı çəkilən məkəbin müəllim heyyəti və tədris planı mərkəzi Vaşinqton şəhərində yerləşən “Jurnalistlər üçün Beynəlxalq Mərkəz” və Luiziana Universitetinin Manşip məktəbi ilə birgə hazırlanıb.

Proqram 2011-ci ilin oktyabrından 2013-cü ilin may ayınadək olmaqla dörd semestri əhatə edəcək. I, və IV semestrlər Bakıda əməkdaşığa cəlb olunan Xəzər Universitetində keçiriləcək. Tələbələr 2012-ci ilin 11 ayını (yanvar-dekabr) Gürcüstanda təhsillərini davam etdirəcəklər. 2013-cü ilin may ayında onlar diplom işlərini müdafiə etmək üçün yenidən məkətəbə qayıdacaqlar. GİPA-da təhsil aldıqları zaman tələbələrin kompyuter, radio və video avadanlıqlardan, İnternet və zəngin kitabxanadan istifadə etmək imkanları olacaq. Proqram çərçivəsində tələbələr Brosse Street Journal adlanan jurnalın həm çap, həm də internet versiyasını buraxacaq və GİPA FM radiosu vasitəsilə xəbər proqramlarını yayımlayacaqlar.

TOEFL imtahanı və müsabiqədən keçmək üçün namizədlərdən səviyyəli ingilis dili tələb olunur.

ABŞ-ın Bakıdakı səfirliyi tələbələrin Gürcüstanda olan zaman tədris haqlarını və yaşayışlarını maliyyələşdirəcək.

Qəbul üçün prosedur: İngilis dilindən test (TOEFL), inşa (Azərbaycan dilində) və bu ilin sentryabrında Azərbaycan-Amerika qəbul komissiyası üzvlərinin Bakıda keçirəcəyi müsahibə. Sənədərin qəbulu üçün son müddət 2011-ci ilin sentyabrın 1-dir.

(Əlavə məlumat və sənədlərin təhvili üçün əlaqə  - İlqar Xudiyev, proqramın yerli təmsilçisi. E-mail:  [email protected]  Tel: 050 319 66 80).

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat