Arxiv
23 Fervral 2018, 17:02 | AKTUAL
Binəqədidə Xocalı şəhidləri anıldı

22 fevralda Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Mərkəzi Mədəniyyət evinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsinin 26-ci ildönümü”nə həsr edilmiş “And iç əsgər ” adlı tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavin  Aygün Əliyeva, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi İstintaq şöbəsinin müstəntiqi, Ədliyyə Polkovnik leytenantı Vaqif  İsmayılov, Azərbaycan  Respublikasının  Prezidenti Yanında  Dövlət İdarəçilik  Akademiyasının  Professoru, Tarix elmləri doktoru, əməkdar müəllim  Musa Quluzadə, Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzovun həyat yoldaşı, Xocalı sakini Şəkibə Novruzova, BRİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Binəqədi rayon Gənclər İdman İdarəsinin rəisi Elvin Aslanov, YAP Binəqədi rayon təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva,  rayon ictimaiyyətinin nümayəndələri, ASAN Könüllülər  iştirak etdilər. Tədbir faciə qurbanların xatirəsinin bir dəqiqəlik yad edilməsi ilə başlanıldı.

 

 

Tədbirin aparıcısı Xocalı faciəsi haqqında məlumat verdikdən sonra çıxış üçün söz Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Xüsusi İstintaq şöbəsinin müstəntiqi, Ədliyyə Polkovnik leytenantı Vaqif  İsmayılova verildi. Vaqif İsmayılov Ermənistan rəsmilərinin münaqişə zamanı törətdikləri cinayətləri ört-bastır etdiklərini, Xocalı əhalisinə qarşı amansız vəhşiliklərə görə məsuliyyəti inkar etdiklərini, faktarı saxtalaşdırmağa çalışdıqlarını dedi. Daha sonra çıxış üçün söz Azərbaycanın Milli Qəhrəmanı Ələsgər Novruzovun həyat yoldaşı  Xocalı sakini Şəkibə Novruzovaya verildi. Şəkibə Novruzova həmin günlərin hər kəsin qəlbində və xatirələrində əbədi yaşayacağını söylədi. Natiq indi Azərbaycanın güclü rəhbəri və güclü ordusu olduğunu, düşmənlərin tezliklə laiqli cavablarını alacağına inandığını dedi. Azərbaycan  Respublikasının  Prezidenti Yanında  Dövlət İdarəçilik  Akademiyasının  Professoru, Tarix elmləri doktoru, əməkdar müəllim  Musa Quluzadə Xocalı Soyqırımının  20-ci əsrdə baş vermiş ən dəhşətli insan faciələrindən biri olduğunu, bu faciənin sadəcə Azərbaycan əhalisinə qarşı törədilmədiyini, insanlıq əleyhinə törədilmiş ən qanlı cinayət olduğunu bildirdi.

 

Çıxır üçün nitqində Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bu gün Xocalı soyqırımının beynəlxalq müstəvidə tanıdılması üçün ölkəmiz tərəfindən böyük işlər görüldüyündən danışdı. Natiq Xocalı soyqırımı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin Azərbaycan xalqına qarşı soyqırım aktı kimi tanıdılması üçün həyata keçirilən “Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının bu səpkidə atılan ən böyük addımlardan olduğunu dedi. Aygün Əliyeva Aprel döyüşlərində ordumuzun göstərdiyi əzmin xalqımıza zəfərin düşmənə isə məğlubiyyətin yaxın olduğunu hiss etdirdiyi fikrini səsləndirdi .

 

Sonda tədbir iştirakçılarına  Binəqədi Mərkəzi Mədəniyyət evinin “Poeziya dərnəyi”nin ifasında Mətanət Ulu Şirvanlının əsərinin motivləri əsasında hazırlanmış  “And iç əsgər” kompozisiyası təqdim edildi.



BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Əbu Bəkr məscidi yenidən açılır  10 Dekabr 2019, 12:30 Fazil Mustafa da növbədənkənar seçkilərdə iştirak edəcək 10 Dekabr 2019, 12:22 Ombudsman azyaşlılara zorakılıqla bağlı məsələni nəzarətə GÖTÜRDÜ 10 Dekabr 2019, 12:16 "EuroHome”dakı yanğın SÖNDÜRÜLDÜ 10 Dekabr 2019, 12:15 Bakı-Sumqayıt yolunda hərəkət bərpa olundu 10 Dekabr 2019, 12:11 “EuroHome”dakı yanğın prosesinə Kəmaləddin Heydərov şəxsən rəhbərlik edir - Nazir müavini 10 Dekabr 2019, 12:07 Xəstəxanaya silahlı hücum – 4 ölü, 2 yaralı 10 Dekabr 2019, 11:59 “Bakı kəndlərində gənclərdən kimsə namizəd olsa, “uşaqdır” deyərlər” – Eldar Quliyev 10 Dekabr 2019, 11:57 “EuroHome”dakı yanğından FOTOLAR 10 Dekabr 2019, 11:55 Azyaşlıları döyən ata və ögey anayla bağlı cinayət işi başlandı 10 Dekabr 2019, 11:52 Xaricdə təhsilin üstünlükləri... Bəs kimlər xaricdə saxta diplom əldə etməyə çalışır?!   10 Dekabr 2019, 11:49 Zelenski Putinin əlindəki “kozır”dan DANIŞDI 10 Dekabr 2019, 11:47 Ötən ay gündəlik neft hasilatımız 776 min barrel olub 10 Dekabr 2019, 11:44 “EuroHome"dakı yanğını söndürmək üçün 3 helikopter, 1 təyyarə cəlb olunub - RƏSMİ - VİDEO 10 Dekabr 2019, 11:40  “EuroHome”dakı yanğın Məleykə Abbaszadənin görüşünü təxirə saldı 10 Dekabr 2019, 11:38 Gəncədə YAP-çı müşahidəçilərlə görüş olub 10 Dekabr 2019, 11:37 Ramiz Zeynalov da hadisə yerinə gəlib 10 Dekabr 2019, 11:32 Yol polisi "Eurohome"dakı yanğınla bağlı sürücülərə müraciət etdi 10 Dekabr 2019, 11:17 DİM: “Ali məktəblərə qəbul imtahanlarının tarixləri elan olunacaq 10 Dekabr 2019, 11:16 “EuroHome”dan oğurluq olub, 3 nəfər saxlanlıb 10 Dekabr 2019, 11:14 “Toylarımızın hazırkı durumu sosial bəladır” – Ekspert çıxış yollarını GÖSTƏRDİ 10 Dekabr 2019, 11:12 Yeni xəbər saytı açıldı - 7-gun.com 10 Dekabr 2019, 11:11 Şimali Koreya yeni raket mühərrikini sınaqdan keçirdi 10 Dekabr 2019, 11:03 Yanğının söndürülməsinə iki yanğınsöndürmə qatarı da cəlb olundu 10 Dekabr 2019, 11:01 “Eurohome” bazarındakı yanğından 2 nəfər ZƏHƏRLƏNDİ - YENİLƏNİB 10 Dekabr 2019, 10:56 Putin çeçen komandirin öldürülməsinə haqq qazandırdı 10 Dekabr 2019, 10:55 Qubada narkotik tacirləri saxlanıldı - FOTO 10 Dekabr 2019, 10:52 “Yalançı çoban”ın surdotərcümə formatı hazırlandı 10 Dekabr 2019, 10:50 Nazirlik "EuroHome”un helikopterdən çəkilən görüntülərini yaydı - VİDEO 10 Dekabr 2019, 10:48 Subsidiya almaq istəyən fermerlərə xəbər var 10 Dekabr 2019, 10:47 Seçilmək üçün təbliğat plakatları kifayət etmir – Namizədlərə MƏSLƏHƏT 10 Dekabr 2019, 10:45 Hava limanında 2 elektron qapı quraşdırılıb - FOTO 10 Dekabr 2019, 10:43 “Qobu Park-2” yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsi başa çatıb 10 Dekabr 2019, 10:36 Zelenski Putinlə danışıqların çətinliyindən GİLEYLƏNDİ 10 Dekabr 2019, 10:33 Nazir müavini yanğın baş verən əraziyə getdi 10 Dekabr 2019, 10:32