Modern.az

Türkiyə məhkəməsi Qrant Dinki öldürən türkə hökm çıxarıb

Türkiyə məhkəməsi Qrant Dinki öldürən türkə hökm çıxarıb

25 İyul 2011, 18:36

İstanbul məhkəməsi  erməni jurnalist Qrant Dinkin öldürülmüsı ilə bağlı məhkmə işini yekunlaşdırıb. Modern.az Anadolu Agentliyinə istinadən bildirir ki, “Aqos” qəzetinin baş redaktoru Qrant Dinki öldürən Ogün Samast məhkəmənin qərarı ilə 23 il azadlıqdan məhrum edilib.

O erməni jurnalistin öldürülməsində ittiham olunan əsas şəxs idi.  Ogün Samast 2007-ci ildə “Aqos” qəzetinin baş redaktorunu ofisində öldürüb. O zaman Samastın 17 yaşı var idi. Bu ölüm işi  böyük rezonans doğuraraq Avropada və ABŞ-da etirazlar doğurmuşdu. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir