Modern.az

NATO-nun məşhur komandanı Con Şalikaşvili vəfat edib

NATO-nun məşhur komandanı Con Şalikaşvili vəfat edib

26 İyul 2011, 11:05

Gürcü mənşəli məşhur ABŞ generalı Con Şalikaşvili 75 yaşında vəfat edib. Modern.az CNN-ə istinadən bildirir ki, ABŞ hərbi qüvvələrinin birləşmiş qərargahlarının keçmiş rəhbəri Şalikaşvili ötən şənbə dünyasını dəyişib. O, Bill Klintonun dövründə 1993-97-ci illərdə bu vəzifəni tutub.

1936-cı ildə Polşada doğulan Conun nəsli qədim gürcü əsilzadələrindən olub. Onun vaildeynləri podpolkovnik  knyaz Dimitri Şalikaşvili və qrafiniya Mariya Ridiqer olub. Ailə 1951-ci ildə ABŞ-a köçüb.

Vyetnam müharibəsində iştirak edən Şalikaşvili 1991-ci ildə NATO ordusununu Avropadakı komandanı olub. Con Şalikaşvilinin soyadı  SSRİ-nin son illərində cəmiyyət arasında maraqla qarşılanmışdı. ABŞ ordusunda yüksək hərbi post tutan şəxsin gürcü olması o zaman müxtəlif müzakirələrə yol açmışdı. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı