Modern.az

Müxalifət iqtidarla növbədənkənar parlament seçkilərini müzakirəsinə başlayıb

Müxalifət iqtidarla növbədənkənar parlament seçkilərini müzakirəsinə başlayıb

26 İyul 2011, 15:30

Ermənistanda bu gün keçirilən növbəti iqtidar - müxalifət görüşündə Ermənistanda növbədənkənar  prezident və parlament seçkilərinin keçirilməsi məsələsi müzakirə olunub. Modern.az  “Panarmenian” İA-ya istinadən bildirir ki, Ter–Petrosyanın rəhbərlik etdiyi Milli Konqresin nümayəndələri hakimiyyətlə apardığı bu görüş zamanı bir sıra təkliflər irəli sürüblər. Müxalifət 2011-ci ilin oktyabr ayında növbədənkənar prezident seçkilərini, daha sonra parlament seçkilərinin keçirilməsini təklif edib. Bu məsələ ilə əlaqadar Erməni Milli Konqresi tədbirlər paketini açıqlayıb. Təkliflərdə MSK-nın yendiən təşkili, efir vaxtının 5 dəfəyə qədər artırılması, majoritar sistmeni tam ləğv edilməsi, ATƏT-dən 2000 mənəf müşahidəçilərin dəvət edilməsi və digər məsələlər var.
Milli Konqres həmçinin iqtidar-müxalifət görüşünün canlı efirdə yayımlanmasını və müxalifətin mitinqlərinin İctimai Televiziya ilə göstərliməsini istəyiblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi