Modern.az

Sərxoş sürücü qəza törətdi

Sərxoş sürücü qəza törətdi

Aktual

27 Fevral 2018, 22:40

Gəncə şəhərinin Yeni Gəncə qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, şəhərin 28 May küçəsində yol kənarında dayanmış Rasim Mustafayevə məxsus "Mercedes Vito" markalı avtomobil hələ ki, sürücüsü məlum olmayan "KİA" tərəfindən vurulub.

 

Hadisəni törədən sürücü avtomobil ilə birgə ərazidən uzaqlaşıb. Qəza zamanı "Mercedes"ə ciddi ziyan dəyib. Şahidlərin dediyinə görə, sürücü sərxoş vəziyyətdə olub.

 

Faktla bağlı Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır