İran bayrağı altında üzən “Taradis” yük gəmisinin heyət üzvünün axtarışları bu gün davam etdirilib. Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, axtarış işləri Xəzər dənizinin Azərbaycana aid olan hissəsində aparılıb. Axtarış işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopteri və Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin gəmisi cəlb olunub.
Əlavə məlumat veriləcək.