Modern.az

Bu xəstəliyin müalicəsi ilə bağlı Dövlət Proqramı təsdiqləndi

Bu xəstəliyin müalicəsi ilə bağlı Dövlət Proqramı təsdiqləndi

Aktual

28 Fevral 2018, 21:09

Prezident İlham Əliyev “Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sənədə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirmək və Dövlət Proqramının icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan prezidentinə məlumat vermək tapşırılıb.

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti  Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır