Modern.az

44 ildən sonra ilk dəfə “Mona Liza” Luvrdan çıxarılacaq

44 ildən sonra ilk dəfə “Mona Liza” Luvrdan çıxarılacaq

Aktual

1 Mart 2018, 18:58

Fransanın mədəniyyət naziri Fransuaza Nissen Leonardo da Vinçinin “Mona Liza” (Cokonda) əsərinin Parisin Luvr muzeyindən çıxarıla biləcəyini deyib.

Nazir bildirib ki, əsər müvəqqəti Lans şəhərində Luvrun filialında nümayiş etdirilə bilər.

 

Bu məsələnin hazırda muzey rəhbərliyi tərəfindən müzakirə olunduğu barədə məlumat verilib.

Qeyd edək ki, “Mona Liza” sonuncu dəfə 1974-cü ildə Luvr muzeyini tərk etmişdi. O zaman əsər Moskva və Tokioda bir müddət nümayiş etdirilmişdi.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır