Modern.az

Sərxoş gənc metroda yıxılaraq xəsarət aldı

Sərxoş gənc metroda yıxılaraq xəsarət aldı

Aktual

1 Mart 2018, 20:16

Bir qədər əvvəl metronun bənövşəyi xəttinin (“Avtrovağzal” stansiyasına gedən) “Memar Əcəmi” stansiyasında bir nəfər yıxılaraq xəsarət alıb. Modern.az xəbər verir ki, bu barədə “Report”a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, Sumqayıt şəhərinin sakini olan 27 yaşlı Anar Məmmədov sərxoş vəziyyətdə qatara çatmaq üçün pilləkənlərdən qaça-qaça düşüb. Bu zaman onun ayağı sürüşərək yıxılıb və başından xəsarət alıb. Vətəndaş polis əməkdaşlarının və sərnişinlərin köməyi ilə təcili tibbi yardım xidmətinə təhvil verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır