Modern.az

Ərdoğan Bakıya gəlib

Ərdoğan Bakıya gəlib

27 İyul 2011, 16:27

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycana rəsmi səfər edib.  
Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qardaş ölkənin hökumət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Rəcəb Tayyib Ərdoğanı Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. 
Milli geyimli uşaqlar Türkiyə Baş nazirinə gül dəstəsi təqdim ediblər. 
Hava limanının ali qonaqlar üçün salonunda Rəcəb Tayyib Ərdoğan və Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub. 

AzərTAc-ın məlumatına görə, rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, qarşılıqlı əlaqələrin bundan sonra da genişlənəcəyinə tam əminlik ifadə olunub. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfərinin iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəyi bildirilib.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Modern.az 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?