Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub. Modern.az “Report”a istinadən xəbər verir ki, vurulan piyada Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun həkim-travmatoloqu, 1938-ci il təvəllüdlü İsmayılov Nadir İsmayıl oğludur.
E.İsmayılov uzun müddət ET Travmatologiya və Ortopediya İnstitutunda həkim kimi fəaliyyət göstərib.
21:26
Bakıda avtomobil piyadanı vurub öldürüb. Modern.az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi paytaxtın Yasamal rayonunda qeydə alınıb. N.Nərimanov küçəsi ilə hərəkətdə olan “Nissan X-Trail” markalı avtomobil yol keçən piyadanı vurub. Şəxsiyyəti məlum olmayan piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.
Polis faktı araşdırır.