Milli Məclisin deputatı Asim Mollazadə Avropa Siyasət Mərkəzi tərəfindən keçirilən “Şərq Tərəfdaşlığı təşəbbüsü” çərçivəsində Təhlükəsizlik və stabillik üzrə siyasi dialoqda iştirak etmək üşün noyabrın 26-dan 28-dək Brüsseldə səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarus nümayəndələrinin, həmçinin Avropa Birliyinin komissarlarının qatılacağı tədbirdə bölgədə təhlükəsizlik və inkişaf məsələləri müzakirə olunacaq. Tədbirdə proqrama daxil olan ölkələrin hazırkı münasibətləri və perspektivləri barədə fikir mübadiləsi aparılacaq.