Arxiv
3 mart 2018, 09:44 | REPORTAJ
“Təkəlduz tikmək üçün həndəsəni də bilməlisən” - Nadir sənət ustası ilə MÜSAHİBƏ  

Azərbaycanın turizm mərkəzlərindən biri olan Şəki qədim sənətkarlıq nümunələriylə məhşurdur.  Belə sənət növlərindən biri də “Təkəlduz” sənətidir.

        
Təkəlduz qullab, yəni qarmaqla vurulan zəncirli tikişin istifadəsi ilə hazırlanan bədii tikmə növü və üsuludur. Hərfi mənada "tək əllə düz” mənasını verən sənət növünə Avropa dillərində "zəncirli naxış" da deyirlər. Çünki bu tikmə növünün əsasını qədim çağlardan gələn zəncirli tikiş təşkil edir. Özbəkistanda bu naxış növünə "yurma" və "darafş" deyilir.


18-ci əsrdən inkişaf etməyə başlayan bu sənətin əsas nümunələri kişilər tərəfindən işlənilib və hal-hazırda muzeylərdə sərgilənir.


Təkəlduz sənətində əvvəl eskiz çəkilir, sonra  ipək saplarla üərindən işlənilir.


Keçmişdə balınc üzlərində, süfrələrdə, xanımların geyimlərində təkəlduzdan istifadə ediblər. Xanımların geyimlərində  təkəlduz olurdusa bilinirdi ki, həmin xanım varlı ailənin və ya zadəgan qızıdır.


13 ildir bu sənətlə məşğul olan Vəfa Mustafayeva təkəlduz sənətində sapların rənglərinin bir-biri ilə uyğun olmasının mütləq olduğunu qeyd edir.


Modern.az
saytı onunla müsahibəni təqdim edir:

        

- Təkəlduz sənəti ipək saplarla işlənilir. Əvvəlcə eskizi çəkilir, sonra ipək saplarla üərindən tikilir.


- Təkəlduzun əsas xüsusiyyətləri nələrdir?

 

- Əsas naxışlardan ibarətdir. Həm də qara fonda işlənilir. Qara fondan istifadə olunması buradakı rənglər təmasını çox gözəl göstərir.


Bu sənət qışı çox sevir. Qış gecələrində bu işi işləyirik, yayda da sərgiləyirik.  Yayı bu sənət çox sevmir. Çünki, isti hava qalın parçaya təsir edir və tikmək olmur.

İndi biz təkəlduz əl işlərimizi çərçivəyə salırıq ki, müasir olsun,  itib-batmasın.  Çünki hal-hazırda çoxları parça süfrələrdən, balınc üzlərindən istifadə etmirlər.

 

- Hansı növ naxışlardan istifadə edirsiz?

 

- Əsas milli naxışlara üstünlük veririk. Toğrul Nərimanbəyov demiş: “Hər bir sənətkar öz milliliyinə üstünlük verməlidir”. Əgər biz Avropa üslubunda işləsək, biz o sənətin içində itib-batarıq. Ona görə də buta ornamentlərindən, Şəki Xan Sarayının divar naxışlarındakı naxışlardan daha çox istifadə edirik. Gələn turistlərə də bunu təbliğ edirik. Biz onlara  Xan Sarayının divar naxışlarından çəkilmiş naxış olduğunu deyəndə onlara maraqlı gəlir və onu almağa çalışırlar.

Keçmişdə təkəlduz naxışları vasitəsilə insanlar bir-biriylə danışıblar. Yəni, xanım  öz sevdiyinə yaylığın üzərinə naxış çəkib verirdi, oğlan da xanımın nə dediyini o naxışla bilirdi. Azərbaycan naxışları o qədər zəngindir ki, onlar danışırlar.

 

- Təkəlduz tikmək üçün nələri öyrənmək lazımdır?

 

- Həndəsəni də bilməlisən. Çünki, həndəsəni bilməsən, 1santimetr əskik və ya artıq  olsa, naxışlar əyri alınacaq. Həmçinin rəssamlıq qabiliyyətin də olmalıdır. Ona görə ki, əvvəl eskiz çəkilir.Eskiz düz çəkilməlidir ki, naxışlar əyri alınmasın.


- Keçmiş və müasir təkəlduz sənətkarlarının üslublarında fərqlər varmı?

        

- Parçanı biz də saxnağa keçiririk. Keçmişdə də yumru formada saxnağ olub. Parçanı ona keçirib eskiz çəkilib, sonra indiki kimi naxışlar həmin eskiz əsasında tikilib.

        

- Hansı sərgilərdə iştirak etmisiz?  

 

- Heydər Əliyev Fondu tərəfindən təkəlduz sənəti bütün dünyada sərgilərdə sərgilənir. Bu sənətə görə Fransada, Kolmarda, Moskvada olmuşuq. Sərgilərdə təbliğ etmişik. Mən orada gördüm ki, xaricilər çox maraq göstərir. HəttaFransada master klass zamanı təkəlduz tikəndə onlar maraqlanıb xahiş edirdilər ki, təkəlduz iynəsini göstərək görsünlər, bu iynə fərqli iynədirmi?

        

- Bəs sərgilər zamanı xaricilər bu sənəti öyrənmək üçün sizə müraciət edirdilər?

        

- Fransada olanda biz turistlərə,xaricilərə master-klass keçdik və onlara dedik ki, əgər siz bu işləri tikib-qurtarsanız bunları sizə hədiyyə edəcəyik. Eləsi oldu maraq göstərib tikdi, tikə bilməyənlərə də köməklik edib qurtarıb onlara hədiyyə verdik.

        

- Mükafatlarınız təkəlduz sənətiylə bağlıdır, yoxsa başqa mükafatlarınız da var?

 

- 2015-ci il I avropa Oyunlarında, Formula 1 yarışlarında master-klass keçdiyimizə görə fəxri diplomlarla mükafatlandırılmışıq. Biz bacımla tək təkəlduz sənətiylə kifayətlənmirik. Bizim 3D formatında kuklalar əl işlərimiz var.O işlərə görə də I yerə layiq görülübGənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılmışdıq.

        

- Neçə tələbəniz var?

 

- Çox deyil. Çünki vaxt yoxdur. İki dənə tələbəm var. Biri demək olar ki, sənətkar kimi fəaliyyət göstərir. Biri də ki bacımın qızıdır.


- Tələbələrinizə nələri məsləhət görərdiz?

 

- Tələbələrimə məsləhət görərdim ki, tələsməsinlər.Yəni, sənətə gələn kimi “sənətkaram” deməsinlər.Mən özümə də sənətkar demirəm. Çünki işlərə digər insanlar baxıb qiymət verməlidirlər. Satmaq üçün yox, sənətdə qalmaq üçün işləsinlər.

Bir də ki deməsinlər mən hər şeyi bilirəm. Çünki işlədikcə yeniliklər öyrənirsən. Yəni, deyirsən ki, belə tiksəydim asan olardı, sapı belə çıxartsaydım daha rahat olardı.

 

Tərlan YUSİF

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yevlaxda tələbələri aparan mikroavtobus qəzaya düşdü - 2 ölü, 22 yaralı - YENİLƏNİB 23 May 2019, 10:42 “Qadın zorakılığı iqtisadiyyata 1,5 trilyon dollar zərər vurur” - Komitə sədri 23 May 2019, 10:32 Masallı sakini Balakəndə marixuana qurutmaq istəyərkən saxlanıldı 23 May 2019, 10:25 Həmid Müfidzadə - Sumqayıt Elektrik şəbəkəsinin yaradıcısı 23 May 2019, 10:08 20 cinayətin üstü “isti izlər”lə açıldı 23 May 2019, 09:54 Ermənilər kəndlərimizi atəşə tutdu 23 May 2019, 09:40 Türkiyədə Azərbaycanın da iştirak etdiyi hərbi təlimlər başladı 23 May 2019, 09:39 Deputat, yazıçı, şair, siyasətçi, müğənni, jurnalistin ən çox qorxduğu HADİSƏLƏR 23 May 2019, 09:33 Nazir: “Dünya muzeylərindəki eksponatlarımızı Azərbaycana gətirib nə qazanacağıq?!” - EKSKLÜZİV 23 May 2019, 09:27 Magistratura imtahanlarının II mərhələsinə 8 mindən çox bakalavr buraxılacaq 23 May 2019, 09:14 Subbakalavrlar ali məktəblərə müsabiqə yolu ilə qəbul ediləcək 23 May 2019, 09:12 Neftçalada ağır qəza – 4 ölü, 2 yaralı 23 May 2019, 09:09 Bizimkilər - Lalə Azərtaş: “Yola çıxanda şərti şumda kəsirəm ki, xırmanda yabalaşmayım” - MÜSAHİBƏ 23 May 2019, 08:53 Məşqçisinin qızı ilə evlənmiş əfsanəvi Peter Şmeyxel 23 May 2019, 08:24 Ramazan ayının 18-ci gününün DUASI 23 May 2019, 08:00 Manat və dolların bugünkü MƏZƏNNƏSİ 23 May 2019, 07:59 Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisində - FOTO 23 May 2019, 01:00 ABŞ-la Venesuela müharibə vəziyyətində 23 May 2019, 00:57 Leyla Əliyeva I Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində - FOTOLAR 23 May 2019, 00:46 Saakaşvili Ukrayna vətəndaşı olmaq üçün Zelenskiyə müraciət etdi 23 May 2019, 00:32 Türkiyədə özəl xəstəxana yandı 23 May 2019, 00:12 Azərbaycan nefti ucuzlaşdı 22 May 2019, 23:59 Əməkdar artist vəfat etdi 22 May 2019, 23:47 Avroviziya-2019-un nəticələri dəyişdi 22 May 2019, 23:35 Rəsmi Bakı Gürcüstanla sərhəd məsələsin müzakirə edir 22 May 2019, 23:19 Ali Rada  Zelenskini rədd etdi 22 May 2019, 23:01 Paşinyan ciddi kadr dəyişikliklərinə hazırlaşır 22 May 2019, 22:41 Gənc qızı it dişlədi 22 May 2019, 22:27 UEFA İcraiyyə Komitəsinin gündəliyi açıqlandı     22 May 2019, 22:13 “Səbail” ilk yay transferini həyata keçirib 22 May 2019, 21:59 “Biz daim azərbaycanlı iş adamlarına dəstək verməyə çalışırıq” – Səfir 22 May 2019, 21:29 Türkiyədə avtobus qəzası: yaralılar var 22 May 2019, 21:13 8 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir 22 May 2019, 20:55 İstanbulda bələdiyyə seçkisi nəticələrinin ləğvi səbəbi - RƏSMİ 22 May 2019, 20:44 Bakıdan Ağcabədiyə qonaq gedən qız itkin düşdü 22 May 2019, 20:43