Modern.az

Arif Alışanov təqsirləndirilən şəxsdən 4,5 milyon manat tələb edir

Arif Alışanov təqsirləndirilən şəxsdən 4,5 milyon manat tələb edir

7 Mart 2018, 14:02

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri"QSC-nin sədri Arif Alışanovu öldürməyə cəhddə, ona qarşı dələduzluq etməkdə və digər cinayətlərdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda təqsirləndirilən Şücayət Əkbərov vəsatətlə çıxış edərək Arif Alışanovun məhkəmə baxışında iştirak etməsini istəyib. 

"Report"un məlumatına görə, o qeyd edib ki, A.Alşanovu 2007-ci ildən tanıyır: "Arif Alışanov Şamaxıya torpaq sahəsi almağa gəlirdi. Mən də orada "makler"lik edirdim. Bunun əvəzində pul alırdım. Pulu onun kürəkəni gətirirdi. Bir müddət problemimiz olmadı. 2011-ci ildə Arif Alşanov mənə zəng edib dedi ki, kürəkəni Fəridin adına olan torpaqları öz həyat yoldaşı Mehriban xanımın adına keçirim. Sən demə qızı kürəkəni Fəriddən boşanırmış. Torpaqları qadının adına keçirdik".

O dindirilən zaman söyləyib ki, 2013-cü ildə Şamaxıda 6 hektar torpaq alınıb: "Ümumilikdə alınan torpaqlar onun qızlarının, ailə üzvlərinin, sürücüsü Hacı Balayevin adında olub. Torpaqlar kimin adından kimin adına keçməsini də bilirəm. Altı hektar alınan torpaq isə Hacının adına qeydiyyatda olub".

Təqsirləndirilən şəxs bildirib ki, A.Alşanovun 2011-ci ildə Şamaxıda ümumilikdə 120 hektar torpaq sahəsi olub.

O ifadəsində vurğulayıb ki, A.Alışanov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudoun yaxın adamı olub: "MTN işi"ndə o, aradan çıxdı. Əslində, onun da adı bu işdə hallanırdı. Bunlar öz cinayətlərini örtbasdır etdilər. Mənim əlimdə faktlar da var".

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı