Modern.az

Bakı Ali Neft Məktəbinin müəllimi “Tərəqqi” medalı aldı

Bakı Ali Neft Məktəbinin müəllimi “Tərəqqi” medalı aldı

7 Mart 2018, 14:55

Bakı Ali Neft Məktəbinin (BANM) əməkdaşı, Neft-qaz mühəndisliyi kafedrasının dosenti Xanum Cəfərova   Azərbaycan qadınlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” Medalı ilə təltif edilib.

 

Modern.az xəbər verir ki, BANM-ın rektoru Elmar Qasımov Neft-qaz mühəndisliyi kafedrasının dosenti Xanum Cəfərova ilə görüşərək onu ürəkdən təbrik edib, ona Ali Məktəbdə gələcək fəaliyyətində uğurlar diləyib və daha yüksək uğurlar qazanmağı arzu edib.  

 

Qeyd edək ki, X.Cəfərova 20-dən çox elmi işin və ingilis dilində təhsil alan tələbələr üçün “Mathematics -1” (“Riyaziyyat-1”) adlı dərs vəsaitinin  müəllifidir. Daha öncə SOCAR-ın Prezidenti cənab Rövnəq Abdullayev tərəfindən ona Fəxri Fərman verilmişdir. X.Cəfərova həmçinin pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən də Fəxri Fərmanla təltif edilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?