Modern.az

“DəmirBank”ın kreditorlarının qeydiyyatı 30 gün uzadılıb

“DəmirBank”ın kreditorlarının qeydiyyatı 30 gün uzadılıb

7 Mart 2018, 15:31

Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin 6 mart 2018-ci il tarixli qərarına əsasən, ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarının tələblərinin qeydiyyatı əlavə 30 təqvim günü müddətinə uzadılıb.

 

Əmanətlərin Sığortalanması Fondundan Modern.az-a verilən məlumata görə, ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorları öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

kreditorun adı və ünvanı;

tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlardan xahiş olunur ki, 6 mart tarixindən 30 (otuz) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi təyin edilən Əmanətlərin Sığortalanması Fonduna aşağıda qeyd edilən ünvana müraciət etsinlər:

 

Bakı şəhəri, Qarabağ küçəsi, 31, ləğv prosesində olan “DəmirBank” ASC-nin “Əməliyyat idarəsi” filialı. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir