Modern.az

Məşhur Bığır kəndinə işməli su verdilər

Məşhur Bığır kəndinə işməli su verdilər

9 Mart 2018, 14:47

“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Göyçay rayonunda həyata keçirilən layihə uğurla  yekunlaşıb. Layihə çərçivəsində rayonun 14 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılıb.

 

Modern.az xəbər verir ki, Göyçay rayonunun Bığır kəndində keçirilən açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə regionların sosial iqtisadi inkişafı proqramı çərçivəsində Göyçay rayonunda icra olunan layihələrdən danışıb. Bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində kəndlərdə həyata keçirilən içməli su layihələri ölkə rəhbərliyinin regionların inkişafına göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.

 

 “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov Göyçay şəhərində içməli və kanalizasiya layihələrinin uğurla yekunlaşdığını bildirib. Göyçay şəhər sakinlərinin fasiləsiz içməli su ilə təmin olunduğunu xatırladan sədr müavini qeyd edib ki, növbəti mərhələdə içməli su təchizatının yaxşılaşdırılması layihələri rayonun kəndlərində icra olunub. Ümumilikdə 170 kəndi əhatə edən layihələr çərçivəsində  kəndlərdə su təchizatı infrastrukturları yaradılıb və bu sahədə işlər 2018-ci ildə də davam etdiriləcək.

 

Kənd sakinləri indiyədək içməli su təminatı baxımından böyük çətinliklərlə qarşılaşdıqlarını bildirib, bu problemin həllinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

Qeyd edək ki,  “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Göyçay rayonunun Müskürlü, Çaxırlı, Yenikənd, Kürdşaban, Məlikkənd, Mollahacılı, İnçə, Aşağı Qaraməryəm, Alxasava, Çayarxı, Qarabaqqal, Hacılıkənd, Bığır və Alpout kəndlərində içməli su təchizatı layihələri həyata keçirilib. Bu kəndlərdə 63 km su xətləri çəkilib və əhalinin ümumi istifadəsi üçün 145 ədəd bulaq quraşdırılıb. Göyçay rayonunun 14 kəndində icra olunan layihələr ümumilikdə 40 min nəfərdən artıq sakinin içməli su təminatının yaxşılaşdırılmasına imkan yaradıb.

 

 “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncama uyğun olaraq 28 rayonun 170 yaşayış məntəqəsində yeni su təchizatı sistemləri yaradılıb və bu layihələrdən 271 mindən artıq sakin faydalanır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir