Modern.az

Bu dəfə almanlarla Azərbaycandakı otlaqlar müzakirə olundu

Bu dəfə almanlarla Azərbaycandakı otlaqlar müzakirə olundu

Aktual

9 Mart 2018, 14:52

Mart ayının 9-u Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ)  nümayəndələri ilə görüşüb.

Görüşün məqsədi Cənubi Qafqazın kənd regionlarında davamlı inkişaf və enerji təhlükəsizliyi naminə təbii sərvətlərin və ətraf mühitin dayanıqlı idarə olunması sahəsində yeni əməkdaşlıq proqramının - “Otlaqların idarə edilməsinin təkmilləşdirilməsi” və “Kənd təsərrüfatı istehsalının ekoloji normalara uyğunluğu üzrə müasir tələblərə cavab verən indikatorların hazırlanması və qiymətləndirmənin aparılması” layihələrinin müzakirəsi olub.

Modern.az xəbər verir ki, nazir müavini İlham Quliyev qonaqları səmimi salamlayaraq GİZ-in Kənd Təsərrüfatı Nazirliyi ilə geniş tərkibdə görüşə təşəbbüs göstərdikləri üçün qonaqlara təşəkkürünü bildirib və ölkə başçısının aqrar sahəyə göstərdiyi diqqət və qayğı,  hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar, fermer və sahibkarlara kənd təsərrüfatı texnikalarının, mineral gübrələrin, damazlıq heyvanların güzəştlə verildiyini, onların torpaq vergisi istisna olmaqla bütün vergilərdən azad olduqlarını, həmçinin ixracyönümlü sahələr, xüsusilə pambıqçılıq, baramaçılıq, tütünçülük və çayçılığa diqqət yetirildiyi barədə geniş məlumat verib.

Nazir müavini, ölkəmizin tarixən əkinçilik və heyvandarlıqla məşğul olduğunu və əhalinin 38 faizinin aqrar sektorda çalışdığını qeyd edib. Bildirib ki, Azərbaycan neft ölkəsi olsa da, hal-hazırda ölkə başçısı tərəfindən qeyri neft sektorunun inkişafına böyük diqqət yetirir. Bu məqsədlə dövlət tərəfindən strateji proqramlar, regionlarda infrastruktur layihələr həyata keçirilir.

İlham Quliyev ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı qəbul olunmuş Dövlət Proqramları, o cümlədən “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”ndə qarşıya qoyulmuş əsas hədəflərə nail olmaq üçün belə layihələrin əhəmiyyətini xüsusilə vurğulayıb.  

Nazir müavini həmçinin kənd təsərrüfatının inkişafı istiqamətində son 4 ildə Baytarlıq şəhərciyinin tikilməsi, Süni Mayalanma Mərkəzinin inşa olunması, Dövlət Fitosaniotar Nəzarəti Xidmətinin maddi-texniki bazasının təkmilləşdirilməsi və hazırda Toxumçuluq üzrə laboratoriyaların quraşdırılması, Azərbaycanın milli at cinsləri olan Qarabağ və Dilbaz atları üçün kompleksin tikilməsi, habelə Azərbaycan Dövlət Aqrar Universitetində yeni tədris korpusu və  tələbə yataqxanasının tikilib başa çatdırılması barədə məlumat verib. Bu layihələrin  Azərbaycanda da kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcəyini bildirib.

Görüşdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri ilə layihə ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, layihə çərçivəsində müzakirə olunan məsələlər üzrə ehtiyaclar müəyyən ediləcək və təkliflər hazırlanacaqdır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub