Modern.az

Fərəc Quliyevdən Siyavuş Novruzovun müraciəti ilə bağlı AÇIQLAMA: ““Ayı xidmətigöstərən bəzi məmurlar...” 

Fərəc Quliyevdən Siyavuş Novruzovun müraciəti ilə bağlı AÇIQLAMA: ““Ayı xidməti” göstərən bəzi məmurlar...” 

Aktual

9 Mart 2018, 15:17

YAP icra katibinin müavini, Milli Məclisin  İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Avropada yaşayan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin onun, ayrı-ayrı YAP funksionerlərinin, həmçinin dövlətin rəhbərliyində olan şəxslərin özü, yaxınları barədə səsləndirdiyi fikirlərə etiraz məqsədi daşıyan müraciəti edib. Müraciətində S.Novruzov Milli Azadlıq Hərəkatının liderlərinə səslənərək hərəkatçı olduğunu iddia edən V.İsgəndərovu tanıyıb-tanımadıqları və onun sərgilədiyi davranışa münasibət bildirməyi xahiş edib.

S.Novruzovun çağırış etdiyi şəxlərlədən biri də Milli Azadlıq Hərəkatının fəallarından olmuş, deputat, Milli Dirçəliş Hərəkatı Patityasının sədri Fərəc Quliyevdir.


“Bununla bağlı Modern.az-a açıqlama verən  Fərəc Quliyev bütövlükdə istər müxalifət, istərsə də hakimiyyətdə olanlar tərəfindən sərgilənən bu cür davranışın əleyhinə olduğunu, siyasi mübarizədə hər hansi bir formada təhqirin və ya həqarətin yolverilməz və qınanılmalı olduğunu bildirib:



“Hərçəndi mən Vidadi İsgəndərlini tanımıram və müstəqillik uğrunda vüsət almış Azadlıq Hərəkatında belə bir adamla hər hansı bir birgə fəaliyyətimiz olmayıb, lakin bütün hallarda hər hansı bir xidmətinin olub-olmamasından asılı olmayaraq, kiminsə kimisə təhqir etməsi birmənalı şəkildə yolverilməzdir və qınanılmalıdır. Siyasətçilər isə millətin və dövlətin taleyini çiyinlərinə almağa iddialı olan şəxslər kimi, daha da nümunəvi dəyərlərə köklənməlidirlər.


Qeyri-etik davranışlar və danışıqlar kimliyindən asılı olmayaraq hüquqi aspektən və bizim mental dəyərlərəmizlə qəbuledilməzdir.


Biz siyasi mübarizədə həmişə dəyərlərimizin öndə tutulması və siyasi opponentinə hörmətlə yanaşmanın əsas olduğunu düşünmüşük və fəaliyyətimizdə də bunu sərgiləyirik.   

Bu cür davranışlarla kimsə ciddi siyasətçi kimi qəbul edilə  kim tərəfindən sərgilənməsinə baxmayaraq hər hansı bir qeyri-etik davranış ilk növbədə cəmiyyətin qınağına məruz qalmalıdır.


Azərbaycan bir ailədir. Vətəni səadətə qovuşdurmağın fərqli yolların axtaran və təklif edənlər, düşüncə davası aparmağı bacarmalıdırlar. Hakimiyyətə “ayı” xidmətini göstərən bəzi məmurlar da, müxalifətdə yer alanlar da bunu nəzərə almalıdırlar". 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür