Modern.az

Deputat şikayətləri dinlədi

Deputat şikayətləri dinlədi

9 Mart 2018, 17:14

Bu gün 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş, Milli Məclisin Səhiyyə Komitəsinin sədri akademik Əhliman Əmiraslanov Parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.

 

Modern.az xəbər verir ki, qəbulda həm seçicilər, həm də sağlamlıqlarında olan müxtəlif problemlərin həlli ilə bağlı Səhiyyə komitəsinə müraciət edən vətəndaşlar iştirak edib.  

Əhliman Əmiraslanov müraciət edən vətəndaşları ayrı-ayrılıqda qəbul edərək onları narahat edən məsələləri dinləyib. Qəbulda müxtəlif xəstəliklərin müalicəsi ilə bağlı müraciətlərlə yanaşı, seçicilərin sosial problemlərinin həll edilməsi üçün müraciətlər də olmuşdur.  Əhliman Əmiraslanov bütün müraciətləri nəzarətdə saxlayacağını və həllinə köməklik göstərəcəyini  bildirdi.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir