Modern.az

Cahangir Məmmədli: “Azərbaycana qara yaxmaqla məşğuldurlar”  

Cahangir Məmmədli: “Azərbaycana qara yaxmaqla məşğuldurlar”   

10 Mart 2018, 12:19

“Bəzi adamlar var ki, onlar xaricdə oturub Azərbaycana qara yaxmaqla məşğuldurlar. Bütün jurnalistlər belə adamlara qarşı mübarizə aparmalıdır”.

Modern.az xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli Azərbaycan jurnalistlərinin bu gün keçirilən VII qurultayında çıxışı zaman deyib.

Professor bildirib ki, Azərbaycan jurnalistlərinin bu məsələdə mövqeyi vacibdir.

“Xaricdə elə insanlar var ki, Azərbaycana qara yaxmaqla məşğuldurlar. Bir ağsaqqal olaraq onlara üzümü tutub deyirəm: kimlərinsə diktəsi ilə hərəkət etsələr də, sonda yenə Azərbaycana qayıdacaqlar. Mən hamını belə insanlara qarşı mübarizə aparmağa çağırıram. Jurnalistikamız dövlətimizə və onun simvollarına qarşı çıxanlarla mübarizə aparmalıdır”.

O, Azərbaycanda mediaya dövlət dəstəyinin göstərildiyini, mətbuatın maddi-texniki bazasının gücləndiyini vurğulayıb: "Ölkəmizdə azad mətbuatın fəaliyyəti üçün hər cür şərait yaradılıb".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir