Modern.az

Uşaq bağçasında OĞURLUQ

Uşaq bağçasında OĞURLUQ

Aktual

10 Mart 2018, 12:26

Martın 9-na keçən gecə Sumqayıt şəhəri 34-cü məhəllənin ərazisindəki uşaq bağçalarının birindən oğurluq edilməsi barədə DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə məlumat daxil olub.


DİN-in mətbut xidmətindən Modern.az-a bildirilib ki, dərhal hadisə yerinə gələn Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Araşdırmalarla bağçadan 2 ədəd televizor, noutbuk, tozsoran və DVD oğurlandığı məlum olub.


“İsti izlər”lə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun şəhər sakini, əvvəllər məhkum olunmuş Nicat Məhərrəmov olduğu müəyyən edilib. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilib.


Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır