Modern.az

YPG/PKK rəhbərləri Afrindən qaçırlar

YPG/PKK rəhbərləri Afrindən qaçırlar

11 Mart 2018, 10:33

“Zeytun budağı” əməliyyatının sürdüyü Afrində YPG/PKK terror təşkilatının rəhbərliyində təmsil olunanların bölgədən qaçmağa çalışdığı bildirilir.

 
Modern.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, Afrin içindəki etibarlı mənbələrdən bildirilib ki, YPG/PKK terror təşkilatının işğal etdiyi ərazidə qondarma ədliyyə naziri vəzifəsini icra edən Səid İsmət Guba Afrini tərk edib.

 

Gubar qaçdıqdan sonra Bəşər Əsəd rejimin nəzarətindəki, ancaq faktiki olaraq İrana bağlı silahlı qrupların işğalında olan Nubula gedib.

 

 Terror təşkilatının Gubarı geri almaq üçün İran dəstəkli qruplarla bazarlığa davam etdirdiyi bildirilir.

 

Afrinden qaçan digər terrorbaşının isə sözdə daxili işlər naziri Həsən Bayram olduğu qeyd edilir. Qaçmağa çalışan Bayram YPG/PKK ünsürləri tərəfindən saxlanıb. Qaçma cəhdi uğursuz olan Bayramın yanında yüklü miqdarda pul aparmağa çalışdığı öyrənilib.

 

Digər məlumata görə, “Zeytun budağı” əməliyyatı ilə sıxışan YPG/PKK terror təşkilatının Kandil dağındakı üst kadrlarından gələn xeyli komandir də Afrini tərk edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?