Modern.az

Azərbaycan əhalisinin milli tərkibi - SİYAHI  

Azərbaycan əhalisinin milli tərkibi - SİYAHI   

11 Mart 2018, 10:52

Modern.az əhalinin siyahıya alınmalarının məlumatlarına əsasən Azərbaycandakı əhalinin milli təkibi haqqında məlumatları araşdırıb.


Rəsmi statistikanın araşdırılması zamanı məlum olub ki, ölkə əhalisinin sayı 1926-cı ildə 2314,6 min nəfər olub. Onlardan 1438 mini azərbaycanlılar, 37,3 mini ləzgilər, 282 mini ermənilər, 220,5 mini ruslar, 77,3 mini talışlar, 19,1 avarlar, 9,9 mini tatlar, 18,2  mini ukraynalılar, 15,6 mini saxurlar, 9,5 gürcülər, 30,9 mini yəhudilər, 41,2 mini kürdlər, 2, 4 mini udinlər, 112, 7 mini digər millətlər idi.


1939-cu ildə Azərbaycan əhalisinin sayı 3205,2 min nəfər, 1959-cu ildə 3697,7 min nəfər, 1970-cu ildə 5117,1 min nəfər, 1979-cu ildə 6026,5 min nəfər, 1989-cu ildə 7021,2 min nəfər, 1999-cu ildə 7953,4 min nəfər olub.


Sonuncu siyahıya alınma zamanı Azərbaycan əhalisinin sayı ( 2009-cu ildə) 8922,4 nəfərə çatıb.


Son rəsmi statistikaya görə, əhalinin 8172,8 minini azərbaycanlılar (91, 6 %) , 180,3 minini ləzgilər (2,0 %), 120,3 minini ermənilər(1,3 %), 119,3 minini ruslar (1,3 %) , 112 minini talışlar (1,3 %), 49,8 minini avarlar (0,6 %), 38 minini türklər(0,4 %), 25,9 minini tatarlar (0,3 %), 25,2 minini tatlar (0,3 %), 21,5 minini ukraynalılar (0,3 %), 12,3 minini saxurlar (0,1 %), 9,9 minini gürcülər (0,1 %), 9,1 minini yəhudilər (0,1 %), 6,1 minini kürdlər (0,1 %), 4,4 minini qrızlar (0,4 %), 3,8 minini  udinlər (0,4 %), 2,2 minini xınalıqlar (0,2 %), 9,5 minini digər millətlər təşkil edir.

Qeyd edək ki, siyahıya alınmalar zamanı sorğu olunan hər bir şəxs milliyyətini özü müəyyən edir. Uşaqların milliyyəti valideynlərin dediklərinə əsasən yazılır.

 

Dövlət Statsitika Komitəsindən Modern.az-a bildirilib ki, növbəti siyahıyalınma 2019-cu ildə keçiriləcək.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...