Modern.az

Fövqəladə Hallar Nazirliyi iki nəfərin suda batması barədə məlumat yaydı

Fövqəladə Hallar Nazirliyi iki nəfərin suda batması barədə məlumat yaydı

11 Mart 2018, 11:49

Fövqəladə Hallar Nazirliyi (FHN) Qazax rayon Böyük Cəfərli kənd sakinlərinin suda batması barədə məlumat yayıb.

Nazirlikdən Modern.az-a bildirlib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 10 mart 2018-ci il tarixində saat 23:00 radələrində 1981-ci il təvəllüdlü Omarov Aqif Sadiq oğlunun və 1978-ci il təvəllüdlü Məmmədov Elşən Rişad oğlunun balıq tutmaq istəyərkən Ağstafaçay su anbarında batdığı ehtimal olunur.

Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunmuşdur. Əlavə məlumat veriləcək

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı