Modern.az

Deputat qəzaya düşən şagirdlər barədə xəbər verdi: “Bir yaralı əməliyyata götürülüb”

Deputat qəzaya düşən şagirdlər barədə xəbər verdi: “Bir yaralı əməliyyata götürülüb”

11 Mart 2018, 13:06

Yevlaxda şagirdlərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

Hadisə nəticəsində 19 nəfərin yaralandığı bildirilir.  Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanası və Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.       

Modern.az xəbər verir ki, Mingəçevirdən seçilən deputat Aydın Mirzəzadə hadisə ilə bağlı məlumatlı olduğunu, Mingəçevir xəstəxanası ilə əlaqə saxlayaraq, yaralıların durumu maraqlandığını bildirib:


“Bu gün səhər xəbər saytları Yevlaxda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası barədə xəbər yaydılar. Bildirilir ki, şagirdləri daşıyan "Vito" markalı mikroavtobus "QAZ-53" markalı avomobillə toqquşaraq daha sonra maneəyə çırpılıb. Hadisə nəticəsində azı 5 nəfərin xəsarət aldığı və yaralıların Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında yerləşdiridiyi bildirilir.

Mingəçevir şəhər xəstəxanasının rəhbəri Könül müəllimlə əlaqə saxladım. O bildirdi ki, hadisəni eşidən kmi hadisə yerinə Mingəçevir xəstəxanasının təcili yardım maşınları göndərilib. Yüngül yaralılar Yevlax xəstəxanasına yerləşdirilib, 5 nəfər nisbətən ağır yaralılar isə Mingəçevir xəstəxanasına gətirilib. Bir yaralı dərhal əməliyyata götürülüb, digərilərinin isə əməliyyat edilib-edilməməyi yaralıların vəziyyətindən asılı olacaq. Bütün Mingəçevir səhiyyəsi səhərdən ayaq üstədir və yaralaıların müalicəsi üçün xəstəxanada bütün imkanlar vardır.

Vəziyyətlə əlaqədar gün ərzində Mingəçevir xəstəxanası ilə daima əlaqədə olacağam. Allah şəfa versin!”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir