Modern.az

Yevlaxda qəzaya düşən şagirdlər imtahana gedirmiş

Yevlaxda qəzaya düşən şagirdlər imtahana gedirmiş

11 Mart 2018, 16:06

Yevlaxda məktəblilərin də içərisində olduğu mikroavtobusun "QAZ-53” markalı yük maşını ilə toqquşması nəticəsində yaralananlardan 1-i müəllim, 1-i katibə, 1-i isə sürücüdür.

 

Bu barədə BakuPost-a yaralıların bir qisminin aparıldığı Yevlax rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, xəstəxanaya yüngül yaralanan şəxslər, yəni 15 nəfər gətirilib. Onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıb. 

 

Ağır yaralanan 5 nəfər isə Mingəçevir Şəhər Xəstəxanasına aparılıb. Yaralılardan 2-sinin vəziyyəti ağırdır. 3-ünün vəziyyəti isə stabilləşib.

 

Məlumata görə, qəza nəticəsində xəsarət alanlardan 17-i Aran -1 qəsəbə məktəbinin sınaq imtahanına gedən şagirdləridir. 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı