Modern.az

Türkiyə təyyarəsi İranda qəzaya uğradı - 11 ölü

Türkiyə təyyarəsi İranda qəzaya uğradı - 11 ölü

Aktual

11 Mart 2018, 21:05

Türkiyəyə məxsus özəl sərnişin təyyarəsi İran ərazisində qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, İranın Mülki Aviasiya Təşkilatından bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin Şərca əmirliyindən İstanbula uçan sərnişin təyyarəsi İranın hava məkanında qəzaya uğrayıb. Təyyarə Şəhrikurd şəhəri yaxınlığına düşüb.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım maşınları cəlb edilib.

Təyyarə Türkiyənin "Başaran" holdinqinə məxsusdur. "Reuters" agentliyi təyyarədə 3 heyət üzvü və 8 sərnişin olmaqla, 11 nəfərin həlak olduğu barədə məlumat yayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!