Modern.az

Xilasedicilər Türkiyə təyyarəsinin düşdüyü yerə 3-4 saat sonra çatacaqlar

Xilasedicilər Türkiyə təyyarəsinin düşdüyü yerə 3-4 saat sonra çatacaqlar

11 Mart 2018, 23:46

İran xilasediciləri Türkiyənin "Basharan Holding" şirkətinə məxsus təyyarənin düşdüyü yerə 3-4 saat sonra çatacaqlar.

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Qızıl Aypara Cəmiyyətinin rəhbəri Kerem Kınık öz "Twitter" səhifəsində yazıb.

K.Kınık bildirib: "Düşünürük ki, Qızıl Aypara Cəmiyyətinin İran xilasedicilərinə hadisə yerinə çatmaq üçün 3-4 saat vaxt lazım olacaq. Hava şəraiti çox pisdir".

 

Bundan əlavə K.Kınık təyyarədə olan sərnişinlərin kimliyinidə bildirib. Sərnişinlər arasında "Basharan Holding" şirkətinin rəhbəri Hüseyn Başaranın qızı Mina Başaran da olub.

Qeyd edək ki, İranın qərbində Türkiyənin "Basharan Holding" şirkətinə məxsus təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində 11 nəfər həlak olub. Onlardan 3-ü heyət üzvü, 8-i isə sərnişin olub.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır